• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!
22.07.2022 10:22
Lider operator jurnalistlərə peşə bayramları münasibətilə 5GB internet paketi hədiyyə verir

22 İyul - milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatının yaranması günüdür.  

Ölkənin lider mobil operatoru "Azercell Telecom” MMC ənənəvi olaraq jurnalistlərin peşə bayramında media nümayəndələrinə özəl hədiyyə təqdim edir. 22-23 iyul tarixlərində "Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşları Azercell-dən hədiyyə olaraq 5 GB mobil internet paketi alır. Jurnalistlər hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə bilərlər. 

Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkəti düşmən atəşi altında peşə fəaliyyətini həyata keçirən şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun da xatirələrini yad edib. Şirkət nümayəndələri bu əlamətdar tarixdə şəhidlərin ruhuna dərin ehtiramlarını və dəstəklərini nümayiş etdirmək üçün onların ailə üzvlərinə xüsusi hədiyyələr təqdim edib.

Mətbuat nümayəndələri üçün 2011-ci ildən etibarən "Mediacell” adlı xüsusi tarif paketini təqdim edən Azercell fəaliyyəti boyunca ölkəmizdə KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına yardım etmək məqsədilə çoxsaylı layihələr həyata keçirib, jurnalistlər üçün ixtisaslaşmış seminar və treninqlər təşkil edib. Tək Azercell-in ingilis dili kurslarına indiyədək 550-ə yaxın media nümayəndəsi qatılıb. Mobil operator tərəfindən Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini və dürüst xəbərləri xalqımıza və dünyaya çatdıran jurnalistləri də dəstəkləyən müxtəlif təşəbbüslər reallaşdırıb.

 "Azercell Telecom” MMC bu şərəfli peşə nümayəndələrini təbrik edir, onlara əhəmiyyətli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayır!




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol