• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Bakı Avropa Oyunlarında İngilisdilli taksilər olacaqmı? - FOTO

Bakı Avropa Oyunlarında İngilisdilli taksilər olacaqmı? - FOTO
18.04.2014 18:41
Bakı Avropa Oyunlarına 420 gün qalır. Bu oyunlara bütün ölkə hazırlaşır. İctimai nəqliyyatın hazırlıq dərəcəsini öyrənmək üçün kiçik bir araşdırma apardıq.2012-ci ildə Avroviziya mahnı müsabiqəsi zamanı ictimai nəqliyyatın bu miqyasda beynəlxalq müsabiqələrə hazırlıq səviyyəsini artırmaq üçün müəyyən işlər görülmüşdü. Bunun üçün taksi sürücüləri üçün xüsusi İngilis dili kursları təşkil olunmuş, onların dil bacarıqları artırılmışdı. Bakı Avropa Oyunlarına hazırlığın necə getdiyini isə elə taksi sürücülərinin özlərindən öyrənməyə çalışdıq. Şirkət avtomobili ilə fəaliyyət göstərən Əli Məmmədov onlar üçün İngilis dili kurslarının mövcud olduğunu bildirib: "Bizim şirkətin sürücülərinin əksəriyyəti İngilis dili kurslarına qatılır. Bizə müxtəlif müəllimlər dərs keçir. Bu kurslar sürücülər üçün ödənişsizdir. Məncə bu lazımlı işdir".Taksi fəaliyyəti ilə məşğul olan 58 yaşlı Etibar Vəliyev yaşının irəlilədiyini və bu kursların cavanlar üçün daha səmərəli olduğunu dedi:"Düzdür, bizim şirkətdə bu kurslar hamı üçündür. Hamı ödənişsiz olaraq bu kurslara qatıla bilər amma bir mənim yaşıma baxın. Mən də istəyərəm ki, bir xarici gələndə Bakı haqqında ona nəsə deyə bilim, danışa bilim. Amma yaş öz sözünü deyir. Mən bu yaşdan sonra necə dil öyrənim axı?!".Fikrini öyrənmək istədiyimiz digər bir taksi sürücüsü isə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olduğunu və Oyunlar zamanı fəaliyyət göstərməyəcəyini dedi. Taksi sürücüləri arasında keçirdiyimiz sorğu zamanı əksər sürücülər dil kursları müsbət hal kimi dəyərləndirib qatıldıqlarını bildirib. Bu kursların nə dərəcədə uğurlu təşkil olunduğunu isə düz 420 gündən sonra biləcəyik.Cəmilə İbrahimovaFoto: Orxan ƏzimANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol