• $
  • £

"Qaraheybət" qəzasında şəhid olanların ailələri sığorta pulunu ala BİLMİR

04.08.2022 12:46
(Azərsığorta şirkətinin cavabı əlavə olunub) 
 
(Dövlət Sosial Müdafiə Fondunun sorğusu əlavə olunub)

-----------
2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olanların ailələri hadisənin üstündən 9 ay keçməsinə baxmayaraq hələ də sığorta pullarını ala bilməyiblər.
 
Bu barədə anews.az-a açıqlamasında tibb xidməti kapitanı şəhid Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov və şəhid polkovnik Elçin Nəbiyevin oğlu Hüseyn Nəbiyev bildirib.
 
"Bütün sənədləri yığıb Dövlət Sığorta Agentliyinə təqdim etdim. Bir necə ay sonra cavab barəsində öyrənəndə dedilər ki, sənədlər DOST Mərkəzinə verilib. Mərkəzdən məlumat almaq istəyəndə isə deyirlər hələ gözləyin. Dövlət Sərhəd Xidmətindən 9 ay müddətində hər ayın sonu zəng edib sorşurlar ki, sığorta pulunu almısınızmı? Biz hesabat yazmalıyıq. Mən də sonuncu dəfə əsəbləşib dedim ki, məndən niyə soruşursunuz? Bizi elə get-gələ salıblar. Nə pulumuzu ala bilirik, nə də getdiyimiz ünvanı dəqiq bilirik", - deyə Xanlar Əhmədxanov deyib.
 
Şəhid polkovnik Elçin Nəbiyevin oğlu Hüseyn Nəbiyev də sığorta pulunu ala bilmədikləri üçün narazılıq edir.
 
"Vərəsəlik anama verilib. 2021-ci yanvarında DOST xidmətinə yaxınlaşıb sənədləri təqdim etdik. Dedilər 1 ay müddətinə pul veriləcək. Bir-iki aydan sonra dedilər ki, sizin ödənişlərin köçürülməsi prosesi Azərsığorta şirkətinə verilib. Azərsığorta şirkətindən maraqlananda cavab verilidi ki, həmin şirkətə ümumiyyətlə bununla bağlı hər hansı göstəriş verilmətib. DOST mərkəzində atamın şəhid olması ilə bağlı olan sənədin əslini də itiriblər. Hansı ki, o sənəd yalnız bir dəfə verilir. Bu yaxınlarda yenə uzun get-gəldən sonra yenidən sənədlər bi yerə yığılıb və bildiriblər ki, yenə gözləyin. Elə yollarda qalmışıq. Nə pulu ala bilirik, nə də bizə bunun niyə gecikməsinin səbəbini izah edə bilmirlər", - şəhidin oğlu söyləyib. 
 
Saytımıza müraciət edən hər iki şəhidin yaxınları bildirir ki, helikopter qəzasında şəhid olanların yalnız 3-nün ailəsi sığorta pulunu ala bilib.
 
Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olmuş polkovnik Elçin Nəbiyevin vərəsəsi olan həyat yoldaşı Şəlalə Nəbiyevaya birdəfəlik icbari şəxsi sığorta ödənişini almaq üçün 29 iyul 2022-ci il tarixdə sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim edib. Bir həftə ərzində birdəfəlik sığorta ödənişi vətəndaşın hesabına köçürüləcək.  

Təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olmuş tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun vərəsəsi olan atası Xanlar Əhmədxanova da sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tövsiyə olunub. Müraciət etdikdən 10-15 iş günü ərzində birdəfəlik sığorta ödənişi müraciət edən şəxsin hesabına köçürüləcək.
 
Azərsığorta şirkəti tərəfindən sorğuya cavab olaraq bildirilib ki,   30 noyabr 2021-ci ildə baş vermiş helikopter qəzası nəticəsində şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə "Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 3 ölüm işi üzrə ümumilikdə 27 500 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Prezidentin 18 iyun 2022-ci il tarixli Fərmanından sonra həmin hadisə üzrə sığorta ödənişləri Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həyatını itirib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol