Laçında döyüş tapşırığını yerinə yetirən Azərbaycan Ordusunun əsgəri HƏLAK OLUB
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Tahir Əliyevin üzərinə düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
www.anews.az

Son xəbərlər
Daha çox