• $
  • £

İrəvandakı partlayışda 15 nəfər ölüb, 62 nəfər xəsarət alıb - YENİLƏNİB

İrəvandakı partlayışda 15 nəfər ölüb, 62 nəfər xəsarət alıb - YENİLƏNİB
16.08.2022 09:21
İrəvandakı "Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Xilasedicilər dağıntılar altından uşaq meyitini tapıblar. Son məlumatlara görə, xəsarət alanların sayı 62 nəfərdir.

******
İrəvanın "Surmalu” Ticarət Mərkəzindəki yanğında ölənlərin sayə 10-a çatıb, bu barədə Ermənsitan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Axtarış-xilasetmə işləri davam edir.

Hazırda itkin düşən vətəndaşların ümumi sayı 18-dir.

******
Ermənistanın paytaxtı İrəvanın "Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir nəfərin meyit çıxarılıb, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

Bununla da yanğında ölənlərin sayı 8 nəfərə çatıb.
 
İtkin düşən şəxslərin sayı isə 22 nəfərdir.

15.08.2022

İrəvanda "Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

O, 18 nəfərin taleyi barədə məlumat olmadığını, xəstəxanalarda 23 nəfərin müalicə aldığını bildirib.

******
İrəvanda "Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan "Facebook” səhifəsində məlumat verib.

Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.

Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.

Hadisə ilə bağlı cinayət işi açılıb.

*******

14.08.2022

İrəvanda "Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından bir qadının meyiti çıxarılıb.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

*******
İrəvanda "Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.

*******
İrəvanda "Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.

İrəvanda "Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb, 1 nəfər həyatını itirib, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. (apa)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol