• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Bakıda 2 qadının da üzv olduğu dəstə evə basqın etdi

Bakıda 2 qadının da üzv olduğu dəstə evə basqın etdi
23.08.2022 18:30
Bakıda quldurluq edən 4 nəfər tutulub.


Anews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 20-si Sabunçu RPİ 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.


Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva və J.Mahmudova saxlanılıblar.


Araşdırmalar davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il yetkinlik yaşına çatmayan 72 nəfərin abortu qeydə alınıb
Cəmiyyət 17:28
Ötən il yetkinlik yaşına çatmayan 72 nəfərin abortu qeydə alınıb
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Cəmiyyət 17:00
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Cəmiyyət 16:21
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:20
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Rezidenturaya ixtisas seçimi başlayıb
Cəmiyyət 15:14
Rezidenturaya ixtisas seçimi başlayıb
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Cəmiyyət 13:38
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Cəmiyyət 13:18
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Cəmiyyət 12:36
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol