"Qarabağ” ilə “Liv Bona Dea Hospital” arasında müqavilə imzalanıb - FOTOLAR

"Liv Bona Dea Hospital”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Orucov hospitalın "Qarabağ” futbol klubunun sağlamlığı ilə bağlı bütün məsələlərdə dəstək göstərməyə çalışacağını bildirib.
"Biz Liv hospital olaraq hər zaman idmanı dəstəkləmişik. Türkiyədə "Qalatasaray”, "Fənərbağça” və digər böyük idman klubları ilə bərabər çalışırıq. Azərbaycanda isə "Qarabağ”la müqavilə imzalamışıq. "Qarabağ” futbol klubu üzvlərinin sağlamlığı ilə bağlı bütün məsələlərdə dəstək göstərməyə çalışacağıq”, - Samir Orucov bildirib.
Onun sözlərinə görə, hospital "Neftçi" futbol klubu ilə oxşar müqaviləyə malikdir.

"Hər bir komanda kimi biz də qazanmaq üçün oraya getmişdik. Ancaq nəticə hər birimizi üzdü. Komanda əzmkarlıq göstərdi və əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Biz hamımız onlarla fəxr edirik. İnanırıq ki, UEFA Avropa Liqasında gözəl nəticələr qazanacağıq”, - Emrah Çelikel deyib.
Komandaya yeni transfer məsələsinə aydınlıq gətirən direktor bildirib ki, Qurban Qurbanov necə istəyirsə elə də olacaq.


www.anews.az
Son xəbərlər
Daha çox 