Norveç 2030-cu ilə qədər yüksək səviyyədə qaz hasilatını gözləyir
Norveç qaz hasilatının hazırkı yüksək səviyyəsini onilliyin sonuna qədər saxlayacağını gözləyir. Bu barədə "Reuters” Norveçin energetika naziri Terye Aaslanda istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa Ukraynadakı vəziyyət fonunda Rusiya idxalından imtina etmək istəyir.
"Ümid edirəm ki, biz hasilat səviyyəsini 2030-cu ilə qədər qoruyub saxlaya biləcəyik”, - deyə Energetika Nazirliyinin rəhbəri vurğulayıb.
Aaslandın qeyd etdiyi kimi, qazın yüksək həcmini saxlamağa imkan verən layihələr, inkişaf və istismar planları artıq ortaya çıxmağa başlayıb.
2022-ci ildə Norveç təxminən 122 milyard kubmetr qaz hasil edəcək ki, bu da 2021-ci illə müqayisədə 8% çoxdur.
"Prinsipcə, bazar proqnozlaşdırıla biləndir. Çatışmazlıq olanda qiymətlər yüksək olur. Bu, həm də hasilatın artmasına öz töhfəsini verir...”, - deyə norveçli nazir əlavə edib.
www.anews.az

Bundan əvvəl məlum olub ki, Avropa Komissiyası Rusiya qazına qiymət limitinin tətbiqini öyrənir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər