Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir", - qurumdan deyilib.
www.anews.az