• $
  • £

Laçınla bağlı məruzəni edən general kimdir?

Laçınla bağlı məruzəni edən general kimdir?
26.08.2022 15:45
5-ci ordu korpusunun komandiri general-mayor Kənan Seyidov bu gün, avqustun 26-da Prezident İlham Əliyevə Laçın, həmçinin Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini məruzə edib.
 
Anews.az Kənan Seyidovun dosyesini təqdim edir :

Kənan Əlihüseyn oğlu Seyidov 1974-cü il mayın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

Kapitan ikən Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Polkovnik-leytenant olan zaman Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilib.

Həmçinin Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə” medalı ilə də təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

2021-ci ilin iyulunda Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.(yeniavaz)


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol