• $
  • £

Laçına müvəqqəti komendant təyin olundu

Laçına müvəqqəti komendant təyin olundu
26.08.2022 17:16
Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyev özünün tviter hesabında avqustun 26-da yazıb ki, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

"Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”- paylaşımda qeyd olunub.
 
Zabux və Laçında məskunlaşan ermənilərə oranı tərk etməsi üçün verilən vaxt dünən avqustun 25-də başa çatıb. Orada yaşayan bütün erməni ailələr artıq şəhərdən çıxıb. 
 
Azərbaycan Prezidenti Ermənistana Laçın və Zabuxu tərk etmək üçün avqustun sonuna kimi vaxt vermişdi. Ermənistan hökuməti Laçından çıxarkən evlərini yandırmayan erməni ailələrinə qonorar və əlavə bir müddət pul mükafatı verəcəyini vəd edib.
 
Ləman Qasımova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol