• $
  • £

Türkmənistan və "Qazprom" qaz alqı-satqısı ilə bağlı danışıqlara başlayıb

Türkmənistan və
30.08.2022 12:44

Bazar ertəsi Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və "Qazprom" ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller  mövcud müqavilə çərçivəsində Türkmənistan təbii qazının alınması və bu sahədə əməkdaşlığın uzunmüddətli əsasda genişləndirilməsi məsələlərini müzakirə edilib. Bu barədə Türkmənistan Agentliyi məlumat yayıb.

"Karbohidrogen potensialına malik olan Türkmənistan  yanacaq-energetika kompleksi kimi strateji sahədə xarici tərəfdaşlarla qarşılıqlı faydalı əlaqələrin mütərəqqi inkişafında maraqlıdır”, -  Berdiməhəmmədov bildirib.

O, həmçinin qeyd edib ki, Türkmənistan milli yanacaq-energetika kompleksinin köklü modernləşdirilməsinə, qabaqcıl texnologiyaların və innovativ işlərin fəal şəkildə tətbiqinə, mədənçıxarma və emal sektorlarının səmərəliliyinin artırılmasına yönəlib.

Görüş zamanı "Qazprom” ASC-nin prezidenti və İdarə Heyətinin sədri gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu kontekstdə hazırkı müqavilə çərçivəsində Rusiya holdinqi tərəfindən Türkmənistan qazının alınması və bu sahədə uzunmüddətli əsasda əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Türkmənistan Prezidentinin sözlərinə görə, ölkədə neft-qaz sənayesində həyata keçirilən iri infrastruktur layihələri uğurlu əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Karbohidrogenlərin istehsalı ilə yanaşı, dünya bazarında yüksək tələbat olan yüksək keyfiyyətli rəqabətqabiliyyətli məhsulların istehsalına diqqət yetirməklə qaz və neft-kimya sənayesinin potensialının artırılmasına böyük əhəmiyyət verilir. Eyni zamanda, "yaşıl” enerjinin inkişafı, ekoloji cəhətdən təmiz bərpa olunan enerji mənbələrindən praktiki istifadə aktual aspekt kimi müəyyən edilib.

Berdiməhəmmədovun qeyd etdiyi kimi, Türkmənistan uzunmüddətli tərəfdaşlarla əməkdaşlığın intensivləşdirilməsinə açıqdır və qarşılıqlı faydalı əməkdaşlığın yeni formatlarını müzakirə etməyə hazırdır.

Miller Rusiya holdinqinin üzərinə götürdüyü öhdəliklərə əməl etməyə davam edəcəyini vurğulayıb.

Daha əvvəl xəbər verildiyi kimi, "Qazprom” və "Türkmənqaz” dövlət konserni 2019-cu il iyulun 1-də təbii qazın alınmasına dair beş il müddətinə - 2024-cü il iyunun 30-dək müqavilə imzalayıb. Müqavilə Rusiya konserninə tədarük həcminin ildə 5,5 milyard kubmetrə qədər olmasını nəzərdə tutur.

Ötən ilin dekabrında Rusiyanın Türkmənistandakı səfiri Aleksandr Bloxin mətbuat konfransında qeyd etmişdi ki, 2021-ci ildə "Qazprom”un Türkmənistanda aldığı qazın həcmi çox güman ki, iki dəfə artacaq və təxminən 10 milyard kubmetr təşkil edəcək. Eyni zamanda diplomat əlavə edib ki, 2022-ci ildə tədarükün həcmi tərəflər arasında əlavə danışıqlar zamanı müəyyən ediləcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol