• $
  • £

ABB Samsunda keçirilən TEKNOFEST-ə də dəstək verir

ABB Samsunda keçirilən TEKNOFEST-ə də dəstək verir
30.08.2022 13:15
Bu gün Türkiyənin Samsun şəhərində TEKNOFEST Aerokosmik və Texnologiya Festivalına start verilir. Festival çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət”) təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABB-nin maliyyə tərəfdaşlığı ilə Türkiyədə yaşayan vətəndaşlarımıza xidmət göstəriləcək. İlk dəfə olaraq Azərbaycan vətəndaşları ölkə xaricində də bir sıra dövlət xidmətlərini Səyyar ASAN xidmət avtobusu vasitəsilə əldə edə biləcəklər. Xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq TEKNOFEST ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.

Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özlərinə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər. TEKNOFEST sentyabrın 4-ə qədər davam edəcək.

TEKNOFEST 2018-ci ildən keçirilir. Festivalın məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Bu ilin mayında ilk dəfə olaraq Azərbaycan da TEKNOFEST-ə ev sahibliyi edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol