• $
  • £

Azərbaycan Avropaya qaz ixracını artıracaq - İlham Əliyev

Azərbaycan Avropaya qaz ixracını artıracaq - İlham Əliyev
02.09.2022 13:31
Trans Adriatik Boru (TAP) kəməri istifadəyə veriləndən ötən müddət ərzində Azərbaycan Avropaya  13,5 milyard kubmetr qaz ixrac edib, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bunu prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.
 
"Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
 
Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, eləcə də Avropa İttifaqının 3  ölkəsinə -  Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixrac edir. .
     
Azərbaycan 2022-ci ildə qaz ixracını keçən ilki 22 milyard kubmetrdən 24 milyard kubmetrə çatdırmağı planlaşdırır. Ölkə Avropaya 10 kubmetr qaz ixrac etməyi planlaşdırır.
     
Hökumətin proqnozlarına görə, 2026-cı ilə qədər Azərbaycanın qaz hasilatı ildə 50 milyard kubmetrə çatmalıdır. Azərbaycan qaz hasilatını "Abşeron", "Ümid" və "Şahdəniz" yatağının istismarının üçüncü fazası hesabına artırmaq niyyətindədir. 
 
TAP qaz kəmərinin ümumi uzunluğu 878 kilometrdir.  Bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri  Albaniya, 105 kilometri  Adriatik dənizindən və 8 kilometri  İtaliya ərazisindən keçir. TAP Cənubi Qafqaz Qaz kəməri  layihəsinin sonuncu komponentidir. 

Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
 
N.Təbrizli




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol