• $
  • £

Azərbaycan 3 Balkan ölkəsini qazla təmin edəcək - İlham Əliyev

Azərbaycan 3 Balkan ölkəsini  qazla təmin edəcək - İlham Əliyev
02.09.2022 14:08
İon-Adriatik qaz kəmərinin (İAP) işə salınması Azərbaycana üç Balkan ölkəsini qazla təmin etməyə imkan verəcək, bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropa gündəminin əsas məsələlərindən birinə çevrildi. Çoxlu layihələr var ki, onlardan biri də Yunanıstan-Bolqarıstan interkonnektorudur. Digər oxşar layihə İon-Adriatik Qaz Boru Kəməridir (IAP). Bu kəmər vasitəsilə Azərbaycan qazı üç Balkan ölkəsinə çatdırılacaq”, - deyə Əliyev cümə günü İtaliyada keçirilən 48-ci Cernobbio Beynəlxalq Forumunda çıxışı zamanı bildirib.

Əliyev əlavə edib ki, son vaxtlar Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya qaz nəqlinin həcminin artırılması, ya da tədarükün başlanması ilə bağlı rəsmi müraciətlər olub.

2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Azərbaycan qazının hazırda İtaliya, Yunanıstan və Bolqarıstana nəql olunduğu Trans-Adriatik qaz kəmərinə (TAP) qoşulmalı olan İAP haqqında bəyannamə imzalayıblar.

İAP-ın uzunluğu 530 km, ötürmə qabiliyyəti ildə 5 milyard kubmetr qaz təşkil edəcək. Layihənin təxmini dəyəri 610 milyon avrodur. Qaz kəməri Bosniya və Herseqovina, Monteneqronun ərazisindən keçərək Xorvatiya Split və Albaniya Fierini birləşdirməlidir. Qaz kəmərinin istismara verilməsi 2025-ci ilə planlaşdırılır.

İAP-ın texniki məsləhətçilərindən biri də Dövlət Neft Şirkəti SOCAR-dır.

Daha əvvəl Əliyev bildirib ki, Azərbaycan müqavilələr və infrastruktur olduqda Qərbi Balkanlara qaz tədarük etməyə hazırdır.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə tədarükün həcmi 12 milyard kubmetr təşkil edəcək. Ümumilikdə 2022-ci ildə Azərbaycan qazının ixracının həcmi 24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) təşkil edəcək.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol