• $
  • £

Putin və Paşinyan Dağlıq Qarabağ problemini müzakirə edəcək

Putin və Paşinyan Dağlıq Qarabağ problemini müzakirə edəcək
05.09.2022 17:58
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini də müzakirə edəcəklər.  Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ probleminin nizamlanması məsələsini  müzakirə edəcək, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

"Dağlıq Qarabağ probleminin nizamlanmasının müzakirə ediləcəyi gözlənilir. Rusiya liderlər arasında üçtərəfli sazişlər əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməkdə davam edir.  Rusiya sülhməramlı kontingenti regionda təhlükəsizliyi təmin edir", - Uşakov deyib. 

O əlavə edib ki, tərəflər Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini də müzakirə edəcəklər. 

"Energetika sektorunda qarşılıqlı fəaliyyət inkişaf edir. Rusiyadan qaz ixracı ildə 2,4 milyard kubmetrdən çox (bu ilin yanvar-iyun aylarında 1,41 milyard kubmetr) təşkil edir", - Kremlin sözçüsü bildirib.  

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol