Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı həbs edildi - VİDEO
Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmrəliyevin qərarı ilə 4 ay müddətinə həbs edildi. Bu barədə Elçin Sadiqovun vəkili Bəxtiyar Hacıyev jurnalistlərə məlumat verib.
"Elçin Sadıqov özünü təqsirli bilməyib və həbsinin onun vəkillik fəaliyyəti ilə bağlı olduğunu bildirib. Səhhəti yaxşıdır. Barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib", - vəkil Bəxtiyar Hacıyev bildirib.
Vəkilin sözlərinə görə, Elçin Sadıqovun himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq həbs qəti imkan tədbirinin seçilməməsi barədə vəsadət qaldırılsa da məhkəmə onları qəbul etməyib.
İş üzrə şikayətçi məhkəmədə olmayıb.
Vəkil həmçinin 3 gün ərzində Binəqədi rayon məhkəməsinin qərarından appelyasiya şikayəti etmək niyyətində olduğunu da bildirib.
Əvəz Zeynallının vəkili Aqil Lahıc jurnalistlərə bildirib ki, Əvəz Zeynallı Cinayət məcəlləsinin böyük miqdarda rüşvət almanı nəzərdə tutan 311.3.3maddəsi ilə ittiham olunur. Buna görə o 8 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Vəkil Elçin Sadiqov da eyni maddə ilə ittiham olunur.
Vəkil Elçin Sadiqov da eyni maddə ilə ittiham olunur.
Bir müddət qabaq yerli mətbuatda Əvəz Zeynallının Baku Steel Company şirkətinin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat pul aldığı barədə məlumatlar yer alıb. Bundan sonra Baş prokurorluq məsələni araşdrmaya götürməsi barədə xəbər yayıb.
KİV-də gedən məlumata görə, Rasim Məmmədovun arvadı Əvəz Zeynallıya onun əri barədə təhqiredici məlumatlar verməməsi məqsədilə pul təklif edib. Jurnalist isə pulu almasına baxmayaraq təhqirləri dayandırmayıb.

Mətbuatda pulun Əvəz Zeynallıya Rasim Məmmədovun vəkili Elçin Quliyev vasitəsilə verildiyi də iddia olunur.
Rasim Məmmədovun vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib.
Rasim Məmmədovun vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər
Daha çox