Hüquq müdafiəçiləri və jurnalistlər İlham Əliyevə MÜRACİƏT ETDİ
Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan bir qrup hüquq müdafiəçisi və jurnalist Prezident İlham Əliyevə müraciət edərək həbs edilmiş jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun qətimkan tədbirinin dəyişdirilməsinə yardım etmək çağırışı ilə müraciət edib:
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib.
Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur.
Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Yuxarıda deyilənlər bizdə bir sıra suallar yaradır və hesab edirik ki, Zeynallı və Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbiri həddindən artıqdır və qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir.
Zeynallı və Sadıqovun tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çoxlu işlər görmüş şəxslər olduğunu nəzərə almamaq da mümkün deyil.
Zeynallı və Sadıqov onları gözdən salmaq, araşdırma aparmaq kampaniyası başlayandan nə cəmiyyətin, nə də istintaqın suallarından yayınmayıblar.
Biz onların həbsini həddindən artıq və əsassız tədbir kimi qiymətləndiririk.
Bununla əlaqədar olaraq, qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik.
1.Novella Cəfərova
2.Səidə Qocamanlı
3.Səadət Bənənyarlı
4.Arzu Abdullayeva
5.Mirvari Qəhrəmanlı
6.Hilal Məmmədov
7.Elçin Həsənzadə
8.Sevinc Sadıqova
9.Mehman Əliyev(Turan agentliyi)
www.anews.az
Son xəbərlər
Daha çox