• $
  • £

Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işləri başlanıb

Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işləri başlanıb
13.09.2022 13:16
Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işləri başlanıb. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

"Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Vurğulanmalıdır ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşımaqla yanaşı, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunub", - məlumatda qeyd olunub.
 
Qurumdan deyilib ki, baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 100.2 (təcavüzkar müharibəni aparma), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə Gəncə, Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarında cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.
 
"Hazırda prokurorluq əməkdaşları tərəfindən mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir. Ermənistan Respublikasının təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür. Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda göstərilib.
 
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

"Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib", - bəyanatda yazılıb.

Müdafiə Nazirliyi toqquşma nəticəsində itkilərin olduğunu deyib.
 
"Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür", - nazirlik bildirib. 

Açıqlamda Ermənistan ordusunun da itkilər verdiyi qeyd olunub.
 
"Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var".
 
Nazirlik bildirib ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyıb.

"Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. 

Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. 

Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. 

Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək", qurum bildirib.

Ermənistanın Müdafiə Nazirliyi də hərbi toqquşma barədə açıqlama yayıb. Bildirilir ki, Azərbaycan Ermənistanın Gorus, Zod və İstisu rayonları istiqamətində intensiv atəş açır, döyüşə artilleriya və PUA-lar cəlb olunub. 

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
 
Ləman


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol