Azərbaycan ordusu 50 şəhid verib - RƏSMİ
Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
www.anews.az
"Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik", - nazirliyin məlumatında deyilir.
Nazirlik həmçinin bildirib ki, şəhid olmuş hərbi qulluqçularn adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.
Azərbaycan Müdafiə Nazirliyi 12-i gecədən Ermənistan ilə sərhəddə vəziyyətin gərginləşdiyini yazıb. Ermənistan tərəfi də məlumatı təsdiqləyib. Tərəflər gərginlik də bir-birini günahlandırır.
Ermənistan Baş naziri Nikol Paşinyan 49 erməni hərbiçisinin öldüyünü açıqlayıb.
Azərbaycan MN qeyd edib ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
Ermənistanın Müdafiə Nazirliyi də hərbi toqquşma barədə açıqlama yayıb. Bildirilir ki, Azərbaycan Ermənistanın Gorus, Zod və İstisu rayonları istiqamətində intensiv atəş açır, döyüşə artilleriya və PUA-lar cəlb olunub.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Son xəbərlər
Daha çox