Kəlbəcər və Laçın atəşə tutulub
Azərbaycanın Kəlbəcər və Laçında yerləşən bölmələri artilleriya atəşinə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
www.anews.az
"Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - məlumatda deyilib.
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-i gecədən Ermənistan ilə sərhəddə vəziyyətin gərginləşdiyini yazıb. Ermənistan tərəfi də məlumatı təsdiqləyib. Tərəflər gərginlik də bir-birini günahlandırır. Azərbaycan MN bildiirb ki, Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Ermənistan Baş naziri Nikol Paşinyan isə 49 erməni hərbiçisinin öldüyünü açıqlayıb.
Mediada yayılan məlumata görə, sentyabrın 13-də 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
Ermənistanın Müdafiə Nazirliyi də hərbi toqquşma barədə açıqlama yayıb. Bildirilir ki, Azərbaycan Ermənistanın Gorus, Zod və İstisu rayonları istiqamətində intensiv atəş açır, döyüşə artilleriya və PUA-lar cəlb olunub.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Son xəbərlər
Daha çox