• $
  • £

Azərbaycan Prezidenti - Artıq iki gündür ki, atəşkəs rejiminə əməl olunur

Azərbaycan Prezidenti - Artıq iki gündür ki, atəşkəs rejiminə əməl olunur
16.09.2022 20:14
Azərbaycan və Ermənistan arasında sentyabrın 12-də başlayan gərginlikdən sonra  artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.

Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədindəki eskalasiya ilə bağlı çevik reaksiya verdiyinə görə Rusiya liderinə minnətdarlığını ifadə edib.

"Döyüşlər 8 saatdan az davam edib. Ermənistan tərəfi atəşkəs barədə razılığı dərhal yerinə yetirməsə də, artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur. Bu, onu göstərir ki, nə Azərbaycanın, nə də Ermənistanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb. Təəssüf ki, sərhəd münaqişələri olur. Hər iki tərəfdən çoxsaylı itkilər var", - İlham Əliyev qeyd edib.
 
Dövlət başçısı əmin edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın öhdəliklərinə sadiqdir.

"Hazırda əsas məsələ iki dövlət arasında münasibətlərin normallaşma prosesini dağıtmamaq, bu istiqamətdə irəliləyişə nail olmaqdır. Rusiya tərəfi də bu prosesə öz töhfəsini verir. Həmçinin baş nazir müavinləri səviyyəsində danışıqlar aparılır", - Prezident vurğulayıb.
 
Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif nazirliklər, idarələr və parlamentlər vasitəsilə davam edir.
 
Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə də toxunub.

 "Azərbaycanla Ermənistan arasında son sərhəd insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, tamamilə başqa regionda, Azərbaycanla-Ermənistan sərhədində baş verib. Həqiqətən də biz baş verənlərdən və itkilərdən təəssüflənirik. Hər şeydən öncə, Rusiyanın təsiri ilə münaqişəni lokallaşdırmağa nail olunub. Ümid edirəm ki, bundan sonra da belə olacaq”, - o deyib

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol