• $
  • £

Zəngilan hava limanının açılacağı gün bəlli oldu

Zəngilan hava limanının açılacağı gün bəlli oldu
18.09.2022 12:51
Azərbaycanda Zəngilan Beynəlxalq Hava Limanının açılışı bu il oktyabrın 20-də baş tutacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hava limanının açılış mərasimində iştirak edəcək.

"İlham Əliyev bizdən səfərin tarixini dəqiqləşdirməyi xahiş etdi. Zəngilan hava limanının açılışından sonra Cəbrayıl şəhərinə yollanacağıq, burada təntənəli mərasim keçiriləcək. Müvafiq razılıq əldə olunub”, -  "Anadolu” agentliyi Ərdoğana  istinadən xəbər verir.

O, Azərbaycanda keçiriləcək tədbirlərdə digər liderlərin də iştirakını istisna etməyib. "Qərarı Bakı verəcək", - Türkiyə lideri bildirib.

Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Qarabağda və Şərqi Zəngəzurda tikilmiş Füzulidən sonra ikinci hava limanıdır.

Onun tikintisinə 2021-ci ilin yazında başlanılıb. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Hava limanı terminalının tutumu saatda 200 sərnişin üçün nəzərdə tutulub. Platformanın sahəsi 60 kvadratmetrdir. 

Hava limanına ICAO və IATA (müvafiq olaraq UBBZ və ZZE) beynəlxalq kodları, həmçinin EUROCONTROL naviqasiya vasitələrinin bütün çağırış işarələri verilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol