Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər - VİDEO
Fransada ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.Bu barədə həmin səfirlik məlumat yayıb.
İddia olunur ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən ermənilər əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Hadisədən yayılan görüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının heç bir tədbir görmədiyi əks olunub.
"Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.
www.anews.az
Son xəbərlər
Daha çox