Ceyhun Bayramov Zəngəzurdan danışdı
Kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə formalaşan nəqliyyat qovşağı Çin və Cənubi Avropa arasında ən qısa quru yolu təmin edəcək. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-də "Ərzaq, yanacaq və maliyyə böhranlarının ləğvi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolları” mövzusunda keçirilən "77-lər Qrupu plus Çin”in nazirlərin 46-cı illik toplantısında deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münaqişənin həllindən və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda yeni reallıqlar yaranıb.
www.anews.az
Son xəbərlər
Daha çox