Paşinyan sülh müqaviləsinin ilkin versiyası ilə Praqaya gedəcək
Ermənistan Baş Naziri Paşinyan Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi mətninin ilkin variantı ilə Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün noyabrın 6-da Çexiyanın paytaxtı Praqaya gedəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Erməni KİV yazıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında keçirilən görüşdə sülh müqaviləsi müzakirə edilib.
Hikmət Hacıyev Azərbaycan ictimaiyyətinə açıqlamasında sülh müqaviləsinin müzakirəsinin edildiyini inkar etməyib.
"Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilmişdir. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub", - Prezidentin köməkçisi qeyd edib.
www.anews.az

Ermənistan və Azərbaycan arasında son genişmiqyaslı müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb.2020- ci ili noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bəyanata əsasən, sülh müqaviləsi imzalanmalı olsa da, proses 2 ildir ki, gerçəkləşmir.
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox