• $
  • £

Tramp məhkəməyə müraciət edib

Tramp məhkəməyə müraciət edib
08.10.2022 11:27
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsindən Ədliyyə Departamentinə Floridadakı mülkündə Mar-a-Laqo  adlanan axtarışı zamanı ələ keçirilən məxfi sənədlərin tədqiqini müvəqqəti qadağan etməyi xahiş edib. Bu barədə ABŞ mətbuatı yazıb.

Atlantanın 11-ci dairsəi üzrə Apellyasiya Məhkəməsi Ədliyyə Departamentinin ələ keçirilən məxfi sənədlərin tədqiqi tələbini təsdiqləyib. 

Bu, Florida məhkəməsinin sənədləri yalnız müstəqil tərəf təyin edilmiş vəkil Reymond Diari tərəfindən araşdırılacağına dair qərarını düzəltmiş oldu.

Lakin Trampın vəkillərinin fikrincə, apellyasiya məhkəməsinin belə bir qərar qəbul etmək üçün kifayət qədər səlahiyyəti olmayıb.

Trampın vəkilləri əlavə ediblər ki, "Ədliyyə Departamenti sənəd idarəetməsi ilə bağlı mübahisəni cinayət hesab etməyə cəhd edib və indi çox ehtiyac duyulan nəzarəti təmin edən şəffaf prosesə qəti şəkildə etiraz edib".


Məhkəmə tərəfindən təsdiqlənmiş Mar-a-Laqo axtarışı Trampın 2020-ci ildə yenidən seçilmək üçün namizədliyindəki uğursuzluğundan sonra 2021-ci ilin yanvarında vəzifəsini tərk edərkən Ağ Evdəki sənədləri qanunsuz olaraq saxlayıb-saxlamaması və Trampın seçkilərə mane olmağa cəhd edib-etməməsi ilə bağlı federal araşdırmanın bir hissəsi kimi həyata keçirilib. 
 
Ləman


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Avropa Komissiyası Macarıstan üçün 4,2 milyard avronun dondurulmuş vəsaitdən ayrılmasını təklif edib
Dünya 14:43
Avropa Komissiyası Macarıstan üçün 4,2 milyard avronun dondurulmuş vəsaitdən ayrılmasını təklif edib
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
Dünya 13:20
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol