Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb - Aİ
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Avropa Ittifaqının yaydığı bəyanatda bildirilir.
"Azərbaycan və Ermənistan BMT nizamnaməsi və 1991-ci il Almaata deklarasiyasının müddəalarına sadiq qaldıqlarını və ona uyğun olaraq bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını təsdiqləyiblər. Bakı və Yerevan bildirib ki, bu sərhədlərin delimitasiyası üçün əsas olacaq və komissiyanın növbəti görüşü bu il oktyabrın sonunda Brüsseldə baş tutacaqdır”, bəyanatda deyilir.
Bəyanata görə, Ermənistan Azərbaycanla sərhədi boyu Avropa İttfaqının mülki missiyasına dəsək olacağına razılıq verib. Azərbaycan da öz növbəsində bu missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcəyinə razı olduğunu bildirib.
Avropa İttifaqının missiyası oktyabrda fəaliyyyətə başlayacaq və maksimum iki ay çalışacaqdır. Missiyanın məqsədi öz hesabatları vasitəsilə sərhəd komissiyasının işinə töhvə vermək və tərəflər arasında inam yaratmaqdır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox