• $
  • £

Ermənistan sərhəddə artilleriya toplayır - Hansı risklər ola bilər?

Ermənistan sərhəddə artilleriya toplayır - Hansı risklər ola bilər?
17.10.2022 14:52
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu toplaması barəsində açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
 
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin əlavə artilleriya və zenit silahlarının bu zonaya yerləşdirilməsindən sonra Ermənistan tərəfinin atdığı hərəkətlər sırf müdafiə xarakteri daşıyır. 
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun sözlərinə görə Ermənistanın törətdiyi bütün təxribatlara Azərbaycan tərəfi adekvat cavab verəcək.
 
"Ermənistan tərəfindən bizə qarşı həmişə belə risklər ola bilər və bu isə onu göstərir ki, Ermənistan sülh müqaviləsinəə ciddi yanaşmır. Biz dəfələrlə bunun şahidi olmuşuq. Məqsəd isə Fransanın əli ilə sülh müqaviləsinin uzadılmasıdır. Son zamanlar Azərbaycanın rayonları atəşə tutulur, indi isə sərhəddə artilleriya toplanır. Ermənistan danışıqda sülh müqaviləsinə razı olduğunu bildirsə də, əməldə bunu göstərə bilmir. Biz sülh tərəfdarıyıq, amma bizə qarşı törədilən bütün tədbirlərə adekvat cavab verəcəyik. Bütün müharibə risklərinə də hazır olmalıyıq", - deputat bildirib.
 
Millət vəkili Fransa prezidentinin Azərbaycanla bağlı yaydığı bəyanatı da pisləyib.
 
"Praqa görüşündə əslində Fransa prezidenti Makron özü iştirak etmək üçün Azərbaycan prezidentindən xahiş etmişdi. Ölkə başçısı da bu xahişi nəzərə almışdı. Praqa görüşündə sülh müqaviləsinin olmasına razılıq verən Makron bir həftə sonra Azərbaycana qarşı ittihamlar səsləndirdi. Hesab edirəm ki, 30 il Azərbaycan torpaqlarının Ermənistanda qalmasına dəstək göstərən əsas dövlətlərdən biri də elə Fransa olub. Bir ölkə başçısınıın küçə leksionu ilə verdiyi bəyanatı isə kəskin şəkildə pisləyirəm", - Əsgərov vurğulayıb. 
 
 
Politoloq İlyas Hüseynovun sözlərinə görə isə düşmənin Daşkəsən istiqamətidə artilleriya qurğuları toplaması bölgədə gərginliyin yaranmasına hesablanıb. 
 
"Son günlər Azərbaycan və Ermənistan arasında gərgin görüşlər keçirilib. Praqda başlanan görüş Astana da davam etdirilib. Ermənistan gərginliyi pozmaqda israrlıdır və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır. Bütün bunlar aydın şəkildə görünür. Düşmən bunu bir çox güclərin dəstəyi ilə edir. Əslində isə Ermənistanın bunu etməyə cəəsarəti və gücü yoxdur. Ermənistan geosiyasi reallıqları qəbul etmək istəmir vəə diplomatik raundlarda məğlub olmasına görə  vəziyyəti gərginləşdirməyə cəhdlər edir. Bütün bunlar Ermənistanın əlehinədir və təxribatlara görə bütün məsuliyyət onların üzərində qalır", - politoloq vurğulayıb.
 
Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Preizdent İlham Əliyev bildirib ki, görüş zamanı çox önəmli məsələr müzakirə edilib və sülh müqaviləsinin bağlanması istiqamətində yeni mərhələ başlayıb. 
 
Görüşdən bir həfsə sonra isə Fransa prezidenti Makron France 2 telekanalına müsahibəsində deyib ki, son aylar "Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla" məşğuldur.


"Son iki ildə sərhəddə nə baş verir... 5000 Rusiya əsgəri guya sərhəddə təhlükəsizlik təmin etmək üçün orada yerləşir, lakin ruslar bu, bir neçə yüz illik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb", - Makron deyib.
 
Daha sonra Makron Azərbaycanı işğalçı adlandırıb. 
 
Azərbaycan Prezidenti Makron-un çıxışını Azərbaycanla bağlı faktların manipulyasiyası adlandırıb. Əliyev deyib ki, həmin bəyanat "Fransa və dünya ictimaiyyətini çaşdırmağa" cəhddir. Onun sözlərinə görə, Azərbaycanın ünvanına bu ittihamlar Praqadakı görüşdən demək olar bir həftə sonra səsləndirilib.
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol