• $
  • £

Qarabağda yaşayan ermənilər üçün yenə mexanizm olmalıdır - Paşinyan

Qarabağda yaşayan ermənilər üçün yenə mexanizm olmalıdır - Paşinyan
26.10.2022 17:44
Qarabağın rusiya sülhməramlıların nəzarəti altında olan hissəsi ilə Azərbaycan arasında beynəlxalq ictimaiyyət üçün şəffaf dialoqa başlamaq lazımdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"Qarabağda yaşayan ermənilərinin hüquqlarını və təhlükəsizliyini qoruyan mexanizmlər olmalıdır", - baş nazir bildirib.
 
Azərbaycan,Ermənistan və Rusiya arasında üçtərəfli görüş oktyabrın 31-də keçiriləcək. Görüşün Soçidə keçirilməsi planlaşdırılır.  
 
Oktyabrın 7-də Praqda Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.Bəyanata görə Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək.
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

DYP piyadalara müraciət edib
Cəmiyyət 09:56
DYP piyadalara müraciət edib
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:09
Avro və rubl ucuzlaşıb - məzənnə
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 00:20
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol