Mərkəzi Bank hərracda $1 milyarda yaxın vəsait əldə edib - Kazımov

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin 10 ayında 967 milyon dollar dəyərində xarici valyuta alıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"Oktyabrın 27-dən etibarən biz bazarda valyuta alışına yönəlmiş əməliyyatlar aparmışıq. Bu əməliyyatların məbləği 967 milyon dollar təşkil edir”, - Kazımov cümə günü uçot dərəcəsinin artırılması ilə bağlı mətbuat konfransında bildirib.
Eyni zamanda, o qeyd edib ki, Dövlət Neft Fondunda (valyutanın əsas satıcısı - red) valyuta resurslarına xeyli qənaət qeydə alınıb. Hərraclarda tələb təklifdən aşağı olduğu üçün fond 820 milyon dollar az vəsait satıb", - Kazımov deyib.
Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə valyuta bazarında intervensiyalar çərçivəsində 245 milyon ABŞ dolları əldə edib. Mərkəzi Bank 2020-ci ildə belə əməliyyatlar həyata keçirməyib.
N.Təbrizli
www.anews.az