• $
  • £

Soçidə İlham Əliyevlə Putin arasında görüş başladı - YENİLƏNİB -Video

Soçidə İlham Əliyevlə Putin arasında görüş başladı - YENİLƏNİB -Video
31.10.2022 20:12
 (Video əlavə olunub)

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Rusiya Prezidenti Vladimir Putin dövlət başçısını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.
 
İlham Əliyev görüşdən sonra jurnalistlərə bildirib ki, görüşdə əsasın regionla bağlı məsələlər müzakirə olunub. 

"Mən Putinə Qarabağ münaqişəsinin həllindəki  roluna görə təşəkkür edirəm. İndi azərbaycanlılarla ermənilər arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. Mən bu yaxınlarda 5 prinsip irəli sürdüm - bunlar hamısı beynəlxalq hüququn fundamental prinsipləridir və hesab edirəm ki, bu əsasda normallaşmaya nail olmaq olar",  - Əliyev deyib.
 
O həmçinin əlavə edib ki,  Qarabağ münaqişəsi artıq tarixdir. "2 il əvvəl qərar verildi və müzakirə ediləcək bir şey yoxdur", - Əliyev vurğulayıb. 
 
İlham Əiyevdən qabaq Vladimir Putin Ermənistanın ba naziri Nikol Paşinyanla görüşüb.
 
Görüş Soçidəki "Rus” sanatoriyasında keçirilir. Putin "Boçarov ruçey" iqamətgahı ilə yanaşı Putin burada da ənənəvi olaraq xarici qonaqları  qəbul edir.

Elə həmin yerdə, "Rus"da Rusiya Federasiyası-Ermənistan-Azərbaycan üçtərəfli sammitinin keçirilməsi planlaşdırılır. Orada dövlət başçıları Qarabağdakı vəziyyətin nizamlanması məsələsini müzakirə edəcəklər. Sammitdə tərəflər gələcək sülh müqaviləsinin əsasını təşkil edəcək sənədin qəbuluna gələ bilərlər.

Liderlər Rusiya sülhməramlılarının mandatının 10-20 il uzadılması məsələsinə də toxuna bilərlər.

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol