Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başladı -YENİLƏNDİ
Putin Paşinyan və Əliyevlə görüşü faydalı adlandırıb və gələcək razılaşmalar üçün atmosferin yaradıldığını bildirib.Bu barədə Ria Novosti məlumat yayıb.
Onun sözlərinə görə, liderlər Qarabağla bağlı birgə bəyanatla bağlı razılığa gəliblər.
Putin qeyd edib ki, sammit göstərdi ki, tərəflər gələcəklə bağlı razılığa gələ bilərlər, hamı münasibətlərin normallaşmasında maraqlıdır.
Onun sözlərinə görə, liderlər Qarabağla bağlı birgə bəyanatla bağlı razılığa gəliblər.
Putin qeyd edib ki, sammit göstərdi ki, tərəflər gələcəklə bağlı razılığa gələ bilərlər, hamı münasibətlərin normallaşmasında maraqlıdır.
Rusiya prezidentinin sözlərinə Qarabağla bağlı bütün məsələlər üzrə razılıq əldə etmək mümkün olmadı. Buna baxmayaraq Rusiya münaqişənin yekun və hərtərəfli həllinə nail olmaq üçün hər şey edəcək.
----
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.
Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.
www.anews.az
Son xəbərlər
Daha çox