• $
  • £

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi
29.11.2022 18:30
Polşanın III liqasında çıxış edən "Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svierad "Qarabağ" klubunda təcrübə keçir.
Hər iki mütəxəssis bu məqsədlə bir həftəlik Bakıya gəlib.

Marzec 2019/2020 mövsümündə "Stal"da işlədiyi dönəmdə belə təşəbbüsünün olduğunu söyləyib: "Biz bu klubla əlaqəsi olan Avropa Parlamentinin deputatı Tomaş Poreba ilə belə bir təcrübə keçmək şansının mümkün olması barədə danışdıq. Daim əlaqə saxladığımız üçün bu yaxınlarda yenidən mövzuya qayıtdıq. Bizim praktik olaraq hər şeyə çıxışımız var. Buradakı heyət çox yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərir. Onlarda iş üçün lazım olan hər şey mövcuddur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçir, müasir futbolun nə olduğunu bilirlər".

53 yaşlı baş məşqçi Ağdam təmsilçisinin məşq etdiyi bazanın heç də böyük olmadığını sözlərinə əlavə edib: "Stadion, məşq meydançası, hər şəraiti olan otel onların ehtiyaclarını tam ödəyir. Bu səfər bizim üçün fərqli təcrübədir. Çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunu görmək həmişə xoşdur".
Marzek və Svierad Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ" - "Zirə" (0:0) matçını da izləyiblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
İdman 22:55
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
İdman 14:55
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
İdman 10:36
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
İdman 23:42
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
İdman 13:41
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol