• $
  • £

Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib

Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib
07.12.2022 19:30
Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib.


Bu barədə "Report”a müsahibəsində Qlobal Biznes Alyansının (Global Business Alliance) sədri, "Belt and Road Consultants Pvt Ltd” şirkətinin baş direktoru Məhəmməd Asif Nur Bakıya səfərinin yekunlarını şərh edərkən bildirib.


O deyib ki, biznes nümayəndə heyətlərinin rəhbərləri Pakistan-Azərbaycan Ticarət Evinin tikintisi ilə bağlı razılığın əldə olunmasına mühüm töhfə verdi: "Şərtlər müəyyən edilib, ideya yaxın günlərdə hər iki tərəfdən hökumətlərin, diplomatik nümayəndəliklərin, ticarət və iqtisadi qurumların dəstəyi ilə həyata keçirilməlidir”.


Baş direktor Ticarət Evinin əvvəlcə onlayn rejimdə fəaliyyət göstərəcəyini, daha sonra isə həm Bakıda, həm də İslamabadda ofislərin açılacağını vurğulayıb.


Onun sözlərinə görə, Pakistanın biznes nümayəndə heyətinin son səfəri zamanı Qlobal Biznes Alyansı Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan-Azərbaycan Ticarət və Sənaye Palatası ilə iki mühüm Anlaşma Memorandumu imzalayıb.


"Digər addım ondan ibarətdir ki, Qlobal Biznes Alyansı həmçinin nəqliyyatla bağlı problemlərin həlli üzərində işləyir. Alyans danışıqlar zamanı bununla bağlı müzakirələr aparıb. Biz pakistanlı həmkarları ilə görüşmək üçün azərbaycanlı iş adamlarını Pakistana dəvət etməyi planlaşdırırıq", - M.A.Nur bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol