"Böyük qayıdış proqramı" na 19.2 milyard manat pul ayrılacaq

"Böyük Qayıdış proqramı" çərçivəsində inkişaf strategiyası istiqamətinə dair büdcədən tələb olunan 32.7 milyard manatın 19.2 milyard manatı və ya 58.7 faizi azad edilən rayonların inkişafına ayrılacaq. Bunu Milli Məclisin bu gün keçirən iclasında baş nazir Əli Əsədov deyib.
Oktyabrın 16-da prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən sənəd hesab olunur.
www.anews.az

Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 