Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
www.anews.az