• $
  • £

Mübariz Mənsimov Heydər Əliyev ilə bağlı paylaşım edib

Mübariz Mənsimov Heydər Əliyev ilə bağlı paylaşım edib
12.12.2022 13:03
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin vəfatı ilə bağlı paylaşım edib.
 
Paylaşımda bildirilir:
 
"Bu gün Heydər Əliyevin vəfatından 19 il ötür. Xalqını sevən və azərbaycanlı olmağı ilə daim fəxr edən, "Mən fəxr edirəm ki, azəbaycanlıyam" deyərək, bizim milli kimliyimizi özümüzə və bütün dünyaya xatırladan, Azərbaycanımızın rifahı, əmin-amanlığı və daimi inkişafı üçün bütün ömrünü sərf edən Böyük Lider, Böyük Azərbaycanlı. "Bir millət, iki dövlət" ifadəsini başımız üzərində bayraq edən Bayraq Adam! Xatirəsini daim uça tutur və dərin ehtiramla yad edirik. Azərbaycandan uzaqda olsaq da, onun əsgəri olaraq bu vətən üçün hər zaman çalışır, verdiyi nəsihətləri unutmuruq. 

Azərbaycanın maddi və mənəvi sərhədlərini dünyaya qəbul etdirən, haqlarını tələb edən, böyük layihələrə imza atan, xarici və daxili siyasətimizi quran Ulu Öndər - dahi Heydər Əliyev! O, həqiqətən bir dahiydi və belə insanların dünyaya gəlməsi hadisədir! Hər xalqın tarixində və taleyində belə lider ya olmur, ya da yüzillikdə bir nəfər olur. Azərbaycan xalqı bu baxımdan xoşbəxt və şanslıdır. Ki, tarixində və taleyində belə bir Ad var: Heydər Əliyev! Unutmadıq və gələcək nəsillərə də unutdurmayacayıq. Daim qəlbimizdəsən!",- Mübariz Mənsimov bildirib.
 
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

2023-cü il mayın 10-da dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli” elan edilib.

 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

DYP piyadalara müraciət edib
Cəmiyyət 09:56
DYP piyadalara müraciət edib
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:09
Avro və rubl ucuzlaşıb - məzənnə
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 00:20
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol