ABŞ Azərbaycanı Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini bərpa etməyə çağırıb
Laçın dəhlizi ilə nəqliyyatın dayandırılmasının ağır humanitar nəticələri var və Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərər vurur. Bunu çərşənbə axşamı keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
"Biz aydın şəkildə bildirdik ki, Laçın dəhlizinin bağlanmasının ağır humanitar nəticələri var, sülh prosesini ləngidir. Biz Azərbaycan hökumətini dəhliz boyunca sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Biz enerji infrastrukturunun dayandırılması ilə bağlı xəbərləri görmüşük, xüsusilə qış aylarında humanitar böhranı daha da gücləndirə bilər. Dağlıq Qarabağın mülki əhalisinə zərər vurmaq qəbuledilməzdir" - Prays deyib.
Bazar ertəsi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Belə ki, onlar faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasını tələb edirlər.Aksiya iştirakçıları Sülhməramlıların rəhbəri Andrey Volkovun aksiya yerinə gəlməsini tələb edirlər.
Gülnar Nazimqızı
www.anews.az