• $
  • £

Laçın yolundakı aksiya Qarabağda yaşayan erməni məmurları narahat edir

Laçın yolundakı aksiya Qarabağda yaşayan erməni məmurları narahat edir
16.12.2022 12:49
Laçın yolunda keçirilən aksiya əliyalın və ehtiyac içərisində yaşayan ermənilərdən çox, torpaqları istismar edən cinayətkar dəstələr, oliqarx məmurlar, hərbi rejim təmsilçiləri və qızıl-mis sümürgənlərini üzə çıxarıb. Bunu Parlamentin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

"Azərbacanlıların Xankəndinə silahsız daxil olması cinayət törətəməyən, lakin uzun illər xalqımızın düşmən obrazı ilə qorxudulan yerli  ermənilərin də xilasına xidmət edir. Aksiya nəticəsində separatizmin maliyyə mənbələrinə böyük zərbə dəyib”, - deputat bildirib.

Zahid Oruc deyir ki, Azərbaycan Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını bilir və dink aksiyalar nəticə verəcək. 

"Təcili-tibbi maşınların aylıq intensivliyi 5-ə çatmır. Ona görə də dinc aksiyalar nəticə verəcək-Xankəndi, Xocalı və Şuşa kəndlərinə azərbaycanlıların qayıtması, Laçın yoluna alternativ 32-km-lik yolun son nöqtəsində gömrük məntəqəsinin qoyulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın 30 illik blokadadan çıxması Xankəndində və regionda sülhün və təhlükəsizliyin tək şərtidir. 12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür”- siyasətçi söyləyib.

Qarabağın büdcəsinin 35 faizi təkcə Qızılbulaq və Dəmirli yataqlarından formalaşır. 
 
Bazar ertəsi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Belə ki, onlar faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasını tələb edirlər.Aksiya iştirakçıları Sülhməramlıların rəhbəri Andrey Volkovun aksiya yerinə gəlməsini  tələb edirlər.
 
Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki yataqlar qanunsuz istismar edilir. Həmin ərazilərdəki faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.

Məsələ ilə bağlı Rusiya Sülhməramlılarının komandanlığı ilə danışıqların aparıldığı deyilsə də, əraziyə keçməklə bağlı mübahisə yaranıb. Qarabağı Ermənistana birləşdirən yeganə avtomobil yolunun fəaliyyəti dayandırılıb. 3 saatlıq danışıqlardan sonra yolun fəaliyyəti bərpa olunub.


Dekabrın 11-də Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin nəzarətində olan mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmaması haqda açıqlama yayıb.
 
Ermənistanın Energetika və Təbii Ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərədəki daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən məlumdur ki, daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.
 
İşğal olunmuş ərazilərin qızıl yataqları ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunduğu bildirilir. Ağdərənin Mehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarılır.  Araşdırmalara görə, ərazidən çıxarılan mis Almaniyadan olan iş adamlarına satılır. 2005-ci ilin martında iş adamı Mehmet Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın aldığı bildirilib.

Gülnar Nazimqızı







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol