Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus təminat avtomobillərinin hərəkətinə şərait yaradılıb
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.
www.anews.az