• $
  • £

Rusiya sülhməramlıları sülhə dəstək əvəzinə Ermənistanın təxribatına göz yumur

Rusiya sülhməramlıları sülhə dəstək əvəzinə Ermənistanın təxribatına göz yumur
18.12.2022 11:31
Rusiya sülhməramlıları sülhə dəstək vermək əvəzinə Ermənistanın təxribatçı və qanunsuz əməllərinə göz yumur.

Bu fikir Türkiyənin məşhur "Haber Global” telekanalı Şuşadan keçən Xankəndi-Laçın yolunda azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna qarşı etiraz aksiyası ilə bağlı "Azərbaycanlılar mədənərinə sahib çıxır” başlıqlı süjetində yer alıb.

Laçın dəhlizində azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq bir neçə gündür davam edir.

Əllərində Azərbaycan bayraqları ilə aksiyaya toplaşanlar Ermənistanın ekoloji terroru əleyhinə şüarlar səsləndirir.

"Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına qoşulanların sayı artır. Onlarla insan Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazinin nəzarət hissəsindən ayrılmır.

Süjetdə Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarı, bunun etirazlara səbəb olduğu qeyd edilir. Bununla yanaşı, dinc etirazçıların aksiyanı yalnız gündüz yox, gecə də davam etdirdikləri diqqətə çatdırılır. Bildirilir ki, şaxtalı soyuğa rəğmən aksiyadan vaz keçməyən etirazçılar tonqal qalayaraq, isinməyə çalışırlar. "Bu təkcə qanunsuzluq deyil, həm də ekoloji qırğındır”, - telekanal vurğulayıb.

Rusiya sülhməramlıları az sayda erməninin yaşadığı Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilib. Ancaq Rusiya sülhməramlıları sülhə dəstək vermək əvəzinə Ermənistanın təxribatçı və qanunsuz əməllərinə göz yumur. Rusiya sülhməramlıları Ermənistanın Azərbaycandakı qanunsuz silahlı birləşmələrinin bu ərazilərdən çıxarılmasını təmin etmir, silah-sursat daşıyır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol