Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradılıb
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Bu gün Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru 10-dan artıq təminat yükü daşıyan maşın keçib. Bu, bir daha göstərir ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçid üçün aksiyaçılar tərəfindən şərait yaradılıb.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
www.anews.az