Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsində dəmir yolu işlərinin 40%-i tamamlanıb
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətti üzrə işlərin 40 %-i, avtomobil yolunda isə 70 %-i tamamlanıb. Şərq və Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.
Bu fikirləri Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək beş əsas inkişaf istiqaməti var: "Kənd təsərrüfatı, mədən sənayesi nəqliyyat və logistika, turizm və yaşıl enerji var. Şərqi Zəngəzurun yenidən qurulması prosesində bizim kifayət qədər çətinliklərimiz olsa da, eyni zamanda böyük imkanlar da var idi. Böyük problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritet idi.
www.anews.az