• $
  • £

Ceyhun Bayramov Səudiyyə Ərəbistanın investisiya naziri ilə görüşüb

Ceyhun Bayramov Səudiyyə Ərəbistanın investisiya naziri ilə görüşüb
19.12.2022 22:30
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
 
Qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu vurğulanaraq, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı, energetika, alternativ enerji resurslarının inkişafı və digər sahələrdə geniş əməkdaşlıqdan məmnunluq ifadə olunub.
 
Nazir Ceyhun Bayramov Azərbaycanın dost Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirdiyi bildirilib.
 
Nazir iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib, həmçinin alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu vurğulayıb. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçdiyi və iki ölkə arasında biznes forumlarının əhəmiyyəti qeyd edilib.
 
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri və bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.
 
Səudiyyə Ərəbistanı investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı görülən işləri və qazanılan nailiyyətləri təqdir edib. Səudiyyə Ərəbistanında ölkəmizdə energetika, xüsusilə "yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorların olduğunu qeyd edən nazir Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
 
Görüşdə tərəflər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və regional səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol