ABŞ 2023-cü ildə neft hasilatını artıra və xalis ixracatçıya çevrilə bilər

ABŞ 2023-cü ildə neft hasilatını artıra və xalis ixracatçıya (aldığından daha çox mal satan ölkə) çevrilə bilər. Bu barədə Reuters xəbər verir.
Agentliyin məlumatına görə, 2022-ci ildə digər ölkələr ABŞ-dan neft alışını rekord həddə çatdırıb və gündəlik 3,4 milyon barrelə çatıb. İxracın daha 3 milyon barrelini neft məhsulları təşkil edir. Həmçinin, dövlətlər bazarda mayeləşdirilmiş təbii qazın (LNG) əsas təchizatçılarından biridir.
Reuters əlavə edib ki, Avropanın neft emalı şirkətləri Rusiyadan tədarük həcminin azalmasını kompensasiya etmək üçün Amerika markalı neft alırlar. Bundan əlavə, Asiya regionu gündəlik alışları 1,75 milyon barrelə çatdırıb.
Nəşr qeyd edib ki, noyabrda ABŞ xalis neft idxalını sutkada 1,1 milyon barrelə qədər azaldıb ki, bu da 2001-ci ildən bəri rekorddur. Eyni zamanda, xalis ixracatçıya çevrilmək üçün gələn il neft hasilatını artırmaq lazımdır, belə ki, bu yanacağa tələbatın sutkada 20,5 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır.
www.anews.az

Dekabrın 16-da "RİA Novosti” ABŞ Energetika Nazirliyinə istinadən xəbər verib ki, ABŞ ölkənin strateji ehtiyatını artırmaq üçün 3 milyon barel neft almağı planlaşdırır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 