Deputat gendər bərabərliyinin bərpasına görə bir sıra təkliflər irəli sürüb - VİDEO
"Dövlət ailə strategiyası 2025-50 ci illər”in hazırlanması gündəmdə duran ilk vəzifələrdən olmalıdır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatının təqdimatına münasibət olaraq bildirib.
Deputat bu istiqamətdə bir sıra təkliflər irəli sürüb.
Belə ki, oğlan uşaqlarının sayının çoxalması, demorqafik natarazlığın qarşısnın alınması üçün doğulan qızlara görə sosial müvainətin verilməsini məqsədəuyğun hesab edib.
"Ailə Məsələləri Nazirliyi”nin yaradılması vacibliyini bildirib.
Deputat ölkədə "Ailə psixoloqu” mütəxəssislərinin hazırlanmasını vacib məsələyə olduğunu açıqlayıb. Bildirib ki, baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması ilk addınlar sırasında olmalıdır.
Zahid Oruc "Qarabağda Gənc Ailə” layihəsi yaradılmasını da təklif edib. Onun fikrincə, bu, paytaxtda həddən artıq kəskinləşən sıxlığın seyrəlməsinin, sosial gərginliyi azaltmağın, problemlərin siyasiləşdirmə cəhdlərinin qarşısını ala bilər.
Millət vəkili bu istiqamətdə dünyada bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da milli "Ailə Günü” nün təsis edilməsinin vacibliyini vurğulayıb.
Son olaraq Azərbaycanda paytaxt və bölgələr, ucqarlar da daxil olmaqla müxtəlif sahələrdə uğurlu ailə nümunələri, onların hekayələri tirajlanmalı, yaranma tarixləri ilə bağlı sistemli informasiya siyasətinin həyata keçirilməsinin önəmli olduğunu açıqlayıb və bildirib ki, şəhid ailələrinin, valideynlərinin təbliği və təşviqi vacibdir.
Gülnar Nazimqızı
www.anews.az