• $
  • £

BMT Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib

BMT Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib
21.12.2022 12:36
Azərbaycan və Ermənistan arasında münaqişənin yenidən olması nəinki Ermənistan və Azərbaycan əhalisi üçün yeni itki və iztirablara səbəb olacaq, həm də Cənubi Qafqazın bütün ərazisində sabitliyi pozacaq. Bunu BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən BMT baş katibinin köməkçisi Miroslav Yença deyib. 
 
"Beynəlxalq ictimaiyyət buna imkan verməməlidir. Tərəfləri üçtərəfli sazişin və sonrakı razılaşmaların müddəalarına əməl etməyə çağırırıq",-  BMT nümayəndəsi bildirib.
 
Yenca Ermənistan-Azərbaycan sərhədində eləcə də Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilər ətrafında gərginliyin artdığını vurğulayıb.
 
Son günlər həm Ermənistan, həm də Azərbaycan bu hadisələrlə bağlı BMT baş katibinə və Təhlükəsizlik Şurasına məktublar göndərib. 

"Hər iki ölkə bir-birini Ermənistan, Azərbaycan və Rusiya Federasiyası liderləri tərəfindən imzalanmış 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Sazişi pozmaqda ittiham edir. Əhalinin, xüsusən də ehtiyacı olanların sərbəst hərəkət etməsinə şərait yaradılması çox vacibdir. Əhaliyə əsas xidmətlərin göstərilməsini də təmin etmək lazımdır”, - BMT baş katibinin köməkçisi bildirib. 
 
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Aytac Zeynalova

















 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol