Atamın istefa verməsindən məlumatım yoxdur - Vasif Talıbovun oğlu
Vasib Talıbovun oğlu Rza Talıbov atasının istefasından xəbərsiz olduğunu bildirib. Bu barədə o gününsesi.info-ya açıqlamasında deyib.
"Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam. Atamın istefa verməsindən heç bir məlumatım yoxdur. Hazırda danışmamışam"- Rza Talıbov bildirib.
Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun istefa verib. Onun vəzifəsi müavininə havalə edilib.
www.anews.az