Azərbaycan və Rusiya XİN başçıları Laçın yolundakı vəziyyəti müzakirə ediblər
Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN-dən bildirilib.
Nazirlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda filiz yataqlarının qanunsuz istismar edilməsinə görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyəti də müzakirə ediblər.
Lavrov üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.
www.anews.az